Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş COP31 çərçivəsində dünyanın müxtəlif yerlərindən gələn yerli xalqların nümayəndələri ilə görüşdüyünü bildirib.

Quterreş uzun illərdir təbiətin qoruyucuları olan yerli xalqların təcili iqlim tədbirlərinin görülməsini tələb etmək və bəşəriyyətə yol göstərmək baxımından unikal mövqeyə malik olduqlarını vurğulayıb. O, dünyanın müxtəlif bölgələrindən gələn nümayəndələrlə görüşməkdən böyük məmnunluq duyduğunu ifadə edib.

Quterreş görüşlə bağlı açıqlamasında bunları vurğulayıb: “Onları dünya liderlərini doğru addımlar atmağa məcbur etmək üçün təzyiq göstərməyə davam etməyə təşviq etdim.”

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp