Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Avropa İttifaqının Böhranların İdarə Edilməsi üzrə komissarı Hadja Lahbib 52 ölkə və təşkilatla birlikdə Qəzza üçün təcili tədbirlər görülməsinə çağıran birgə bəyanatı imzaladıqlarını açıqlayıb. O, qış fəslinin yaxınlaşmasına baxmayaraq, saysız-hesabsız ailənin hələ də münasib sığınacaqdan məhrum qaldığına diqqət çəkib.

Lahbib atəşkəsin insanların vəziyyətini yüngülləşdirmək məqsədi daşıdığını, lakin humanitar yardımlara çıxışın hələ də məhdud olduğunu, səhiyyə sisteminin çökdüyünü və ehtiyacların olduqca böyük miqyasda qaldığını vurğulayıb.

“Siyasi iradə olarsa, yardımlar içəri daxil ola bilər”, - deyən Lahbib Qəzzaya sığınacaq, yanacaq və su da daxil olmaqla hərtərəfli və maneəsiz humanitar yardımın çatdırılmasının təmin edilməli olduğunu bildirib. O, həmçinin humanitar yardım və səhiyyə işçilərinin mütləq qorunmasına çağırıb.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp