Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

CCTV-dən alınan məlumata görə, ABŞ Prezidenti Donald Tramp cümə günü verdiyi açıqlamada ABŞ qüvvələrinin İrana qarşı “məhdud hücum” həyata keçirdiyini və İrana məxsus zenit obyektini məhv etdiyini deyib.

İran mətbuatında şənbə günü yayımlanan xəbərdə ilkin məlumatlara əsasən, Hörmüz boğazı və Fars körfəzinin ən böyük adası olan Keşm adasına iki raketin düşdüyü bildirilib. İran rəsmiləri hadisə ilə bağlı hələlik ətraflı açıqlama verməyiblər.

Hücumun hədəfinin döyüş təyyarəsinə raket atdığı bildirilən İrana məxsus hava hücumundan müdafiə raket buraxılış qurğusu olduğu iddia edilib. Bu hadisə ABŞ-nin İrana qarşı yeni hərbi müdaxilə təhdidlərinin artdığı bir dövrdə baş verib.

İsrail və ABŞ fevralın 28-də Tehrana və İranın digər şəhərlərinə birgə hücumlar həyata keçirib. İran isə İsraili, eləcə də regiondakı ABŞ bazalarını və hərbi qüvvələrini hədəf alan raket və pilotsuz uçuş aparatı hücumları ilə cavab verib və Hörmüz boğazı üzərində nəzarətini gücləndirib.

Tərəflər arasında aprelin 8-də atəşkəs əldə olunub. İran və ABŞ iyunun 18-də regiondakı müharibənin bütün cəbhələrdə sona çatdırılmasına yönəlmiş anlaşma memorandumu imzalayıblar.

Memorandum çərçivəsində iki ölkənin İranın nüvə proqramı və sanksiyaların ləğvi ilə bağlı yekun razılaşmaya nail olmaq məqsədilə avqustun 17-də başa çatacaq 60 günlük müddət ərzində danışıqlara başlaması planlaşdırılıb. Lakin gərginliyin artmaqda davam etməsi səbəbindən tərəflər razılaşmaya doğru kifayət qədər irəliləyiş əldə edə bilməyiblər.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp