Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 7-də əsaslı təmirdən sonra açılan Şuşa Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib.

Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev Prezident İlham Əliyevə mərkəzdə yaradılan şərait barədə məlumat verib. Nazirliyin tapşırığı ilə mərkəzdə əsaslı təmir işlərinə 2025-ci ilin mart ayında başlanıldığı bildirilib.

İkimərtəbəli, 360 şagird yerlik tədris binasında 9 emalatxana, 3 təlim sahəsi, 5 sinif otağı, rəsm otağı, fizika və kimya laboratoriyaları, həmçinin informatika və hərbi hazırlıq otaqları yerləşir. Mərkəzdə musiqi alətlərinin istehsalı və bərpası üçün emalatxana, eləcə də yeməkxana da fəaliyyət göstərir.

Beşmərtəbəli tələbə yataqxanasında isə konfrans zalı, texniki yaradıcılıq sahələri, emalatxanalar, elektron kitabxananın da daxil olduğu kitabxana, dərs otaqları, yataq və istirahət otaqları, həmçinin fitnes sahələri mövcuddur.

Mərkəzin Şuşada və ətraf ərazilərdə aparılan yenidənqurma işlərində çalışacaq ixtisaslı işçi qüvvəsinin hazırlanmasına töhfə verməsi nəzərdə tutulur.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp