Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

CCTV-nin məlumatına görə, cümə günü Yəmənin cənub-qərbindəki Taiz vilayətində izdihamlı bazara hücum təşkil edilib. Hücum nəticəsində azı 30 nəfərin öldüyü, 8 nəfərin isə yaralandığı bildirilib.

Hücum səhər saatlarında alıcılarla dolu olan Taiz vilayətinin Əl-Vaziya rayonundakı Əl-Hadara xalq bazarına Səudiyyə Ərəbistanı tərəfindən üç hava zərbəsi şəklində həyata keçirilib. Axtarış-xilasetmə qrupları dağıntılar altında qalan insanlara çatmaq üçün işlərin davam etdiyini və buna görə ölənlərin sayının arta biləcəyini bildiriblər.

Digər tərəfdən, husilərin hərbi sözçüsü Yəhya Səri hücumun Səudiyyə Ərəbistanının döyüş təyyarələri tərəfindən həyata keçirildiyini bildirərək, “qətliam” adlandırdığı hücumun cavabsız qalmayacağını deyib. Bununla yanaşı, Yəmənin beynəlxalq səviyyədə tanınan hökumətinə bağlı Taiz yerli hakimiyyəti hücuma görə husiləri məsul tutaraq, günahkarların müəyyən edilməsi üçün müstəqil texniki araşdırmaya başlanılmasına çağırıb.

Husilərin hərbi sözçüsü Səri həmçinin sosial mediada yaydığı açıqlamada Səudiyyə Ərəbistanının döyüş təyyarələri və raketlərinin son 24 saat ərzində Yəmənin beş vilayətində 67 hücum həyata keçirdiyini iddia edib.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp