Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 7-də Xankəndidə Qarabağ Universitetinin Kitabxana və İnnovasiya Mərkəzi binalarının təməlqoyma mərasimlərində iştirak edib. Prezidentə binalarda yaradılacaq imkanlar barədə məlumat verilib.

Dördmərtəbəli tikilməsi nəzərdə tutulan kitabxana binası eyni vaxtda təxminən 1100 tələbəyə xidmət göstərəcək. Binada oxu zalları ilə yanaşı, fərdi və qrup şəklində çalışmalar, görüşlər və akademik əməkdaşlıq üçün sahələr yaradılacaq. Kitabxananın universitetin akademik ehtiyaclarını qarşılamaqla yanaşı, region əhalisi üçün də bilik mənbəyi olması hədəflənir.

Qarabağ Universitetinin İnnovasiya Mərkəzi isə tələbələrin yaradıcılıq, tənqidi düşünmə və problem həll etmə bacarıqlarını inkişaf etdirməyi, onların innovativ təşəbbüslərini dəstəkləməyi və universitet-sənaye əməkdaşlığını genişləndirməyi qarşıya məqsəd qoyur.

Mərkəzin, həmçinin Qarabağın sosial-iqtisadi inkişafına töhfə verəcək təşəbbüsləri dəstəkləməsi, yerli ehtiyaclara uyğun innovativ həllər hazırlaması və universitetlə dövlət qurumları və özəl sektor arasında əməkdaşlığı gücləndirməsi nəzərdə tutulur.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp