Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Tottenham Hotspur Futbol Klubu və Spurs in the Community xeyriyyə təşkilatı gənclər üçün imkanların artırılmasını nəzərdə tutan “Together Tottenham” təşəbbüsünü həyata keçirməyə başlayıb.

Böyük Britaniyanın İşçi Partiyasından Tottenhem üzrə parlament üzvü və keçmiş Baş nazir müavini Devid Lemmi təşəbbüsün təqdimatında iştirak edərək layihəyə dəstəyini bildirib. Lemmi sosial media hesabında etdiyi paylaşımda təşəbbüsün 2030-cu ilə qədər 150 min gənc londonluya həyatlarını dəyişdirə biləcək imkanlar təqdim etməyi hədəflədiyini qeyd edib.

Gənclər arasında işsizliyin ciddi problem olduğuna diqqət çəkən Lemmi bu təşəbbüsün həmin sahədə mühüm dəyişiklik yaradacağını bildirib.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp