Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

İranın xarici işlər naziri Araqçi ABŞ ilə diplomatik münasibətlərdə daha çox irəliləyiş əldə olunduğunu açıqlayıb.

İsveçrənin Cenevrə şəhərində dünən keçirilən danışıqların üçüncü raundu barədə Araqçi “Bu danışıqlar raundu indiyədək ən intensiv raund idi.” deyib.

O əlavə edib: “Hər hansı razılaşma üçün həyati əhəmiyyət daşıyan məsələləri daha detallı müzakirə etməyə davam edəcəyimiz barədə qarşılıqlı anlayışla yekunlaşdı; bu məsələlərə sanksiyaların aradan qaldırılması və nüvə ilə bağlı addımlar da daxildir. Siyasi danışıqlarla paralel olaraq, texniki qruplar yaxın günlərdə Vyanada bir araya gələcək. Onların vəzifəsi bizimki qədər kritikdir.”

Araqçi davamlı xoşniyyət təşəbbüslərinə görə Ommana təşəkkür edərək, “Daha bir danışıqlar raunduna ev sahibliyi etdiyinə görə İsveçrəyə minnətdarlığımızı bildirmək istəyirik.” deyib.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp