Pakistandan Əfqanıstana müharibə elan edilib
İslamabad, 27 fevral (Hibya) – Pakistan və Əfqanıstan arasında qarşılıqlı hücumlar davam edir. Pakistanın müdafiə naziri Xavaca M Asif paylaşımında Əfqan Taliban hökumətinə “açıq müharibə” elan edib.
CNN-in xəbərinə görə, Əfqan Talibanı Pakistanın cümə günü səhər tezdən paytaxt Kabul da daxil olmaqla Əfqanıstanın müxtəlif vilayətlərinə hücumlarını davam etdirdiyini bildirib.
İslamabad isə bu hücumların cümə axşamı Kabul tərəfindən başladılan hücuma cavab olduğunu açıqlayıb.
BBC-nin məlumatına əsasən, Pakistanın müdafiə naziri Xavaca M Asif X sosial şəbəkəsində etdiyi sərt paylaşımda Əfqan Taliban hökumətinə “açıq müharibə” elan edib.
Bildirilib ki, bu açıqlama Əfqanıstan qüvvələrinin Pakistan bölmələrinə hücumundan sonra böyük Əfqan şəhərlərinə edilən bir sıra hücumlardan sonra səsləndirilib. Xavaca açıqlamasında deyib: “Pakistan vəziyyəti normal saxlamaq üçün birbaşa yollarla və dost ölkələr vasitəsilə bütün səyləri göstərdi. Tammiqyaslı diplomatiya apardı. Səbrimizin həddi aşıldı. İndi aramızda açıq müharibə başlayıb.”
İki tərəf bir sıra ölümcül toqquşmalardan sonra oktyabr ayında kövrək atəşkəs barədə razılığa gəlmişdi, lakin daha sonra döyüşlər davam edib.
Azərbaycan İnformasiya Agentliyi