Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Asiya-Sakit okean regionunun fond bazarlarında əsas indekslər üzrə qarışıq dinamika müşahidə olunub. Nikkei 225 və Nifty 50 indeksləri yüksəldiyi halda, ASX 200, Hang Seng və Şanxay Kompozit indeksləri geriləyib.

CNBC-nin məlumatına görə, Nikkei 225 indeksi 598,04 bənd artaraq 64 673,46 bəndə, Nifty 50 indeksi isə 178 bənd yüksələrək 23 066,95 bəndə çatıb.

Avstraliyanın ASX 200 indeksi 2,60 bənd azalaraq 8 814,30 bəndə enib. Honkonqun Hang Seng indeksi 83,47 bənd itirərək 23 784,27 bəndə, Şanxay Kompozit indeksi isə 11,419 bənd geriləyərək 3 723,952 bəndə düşüb.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp