Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

ABŞ Prezidenti Donald Tramp Ohayo ştatında erkən əyani səsvermənin başladığını bildirərək seçiciləri seçki məntəqələrinə getməyə çağırıb.

Poçt vasitəsilə səs verməyi planlaşdıran seçicilərdən bülletenlərini dərhal göndərmələrini istəyən Tramp, şəxsən səs verəcək şəxsləri də seçki məntəqələrinə getməyə çağırıb. Tramp deyib: “Tanıdığınız hər kəsi seçki bülletenindəki bütün səviyyələrdə və bütün seçki yarışlarında respublikaçılara səs verməyə təşviq edin.”

Tramp həmçinin erkən səsvermə, qiyabi səsvermə və poçtla səsvermə imkanlarına toxunaraq respublikaçıların yüksək seçici fəallığı sayəsində seçkilərdə üstünlük qazanmalı olduqlarını bildirib. Ohayoda erkən əyani səsvermənin noyabrın 1-dək davam edəcəyini qeyd edən Tramp deyib: “Bu, çox vacibdir. Xahiş edirəm, gedin və səs verin.”

Tramp açıqlamasında respublikaçılara dəstək çağırışını “MAGA!” şüarı ilə bir daha təkrarlayıb.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp