Merts: 65 il əvvəl Türkiyədən işçilər Almaniyaya gəldilər və ölkənin qurulmasına töhfə verdilər
Berlin, 20 oktyabr (Hibya) - Almaniya Kansleri Fridrix Merts Türkiyədən Almaniyaya əmək miqrasiyasının başlanmasının 65-ci ildönümü münasibətilə verdiyi açıqlamada türk işçilərin ölkənin inkişafına və rifahının əsaslarının formalaşmasına töhfə verdiyini bildirib.
Almaniya Kansleri Fridrix Merts Türkiyədən Almaniyaya əmək miqrasiyasının başlanmasının 65-ci ildönümü ilə bağlı açıqlamasında türk işçilərin Almaniyanın inkişafındakı roluna diqqət çəkib.
Türk işçilərin ölkənin inkişafına mühüm töhfələr verdiyini vurğulayan Merts deyib: “65 il əvvəl Türkiyədən işçilər Almaniyaya gəldilər. Onlar bu ölkənin qurulmasına töhfə verdilər, onu formalaşdırdılar və bu gün yaşadığımız rifahın təməlini qoydular.”
Türk işçilərin zaman keçdikcə cəmiyyətin ayrılmaz hissəsinə çevrildiyini vurğulayan Merts bildirib: “Onlar qonaq işçilərdən vətəndaşlara çevrildilər; bizim dostlarımız, ailə üzvlərimiz, həmkarlarımız və qonşularımız oldular. Buna görə onlara təşəkkür edirik.”
Azərbaycan İnformasiya Agentliyi