Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Azərbaycan Prezidenti İlham Əliyev Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri haqqında Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) Liderlər Sammitində iştirak etmək üçün Antalya Expo Mərkəzinə gəlib.

Sammitin keçirildiyi məkana gəlişi zamanı Prezident İlham Əliyevi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və BMT-nin Baş katibi Antonio Quterreş qarşılayıblar.

Qarşılama mərasimində Prezident Ərdoğan və BMT-nin Baş katibi Quterreş sammitdə iştirak edən digər dövlət və hökumət başçılarını, eləcə də beynəlxalq nümayəndə heyətlərinin təmsilçilərini də qəbul ediblər.

Qarşılama mərasimindən sonra Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, BMT-nin Baş katibi Antonio Quterreş və sammitdə iştirak edən dünya liderləri COP31 Liderlər Sammitinin xatirəsinə çəkilən rəsmi birgə fotoşəkildə yer alıblar.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp