Azərbaycan və Bolqarıstan liderləri Dublində görüşüblər
Dublin, 12 noyabr (Hibya) - Azərbaycan Prezidenti İlham Əliyev İrlandiyanın paytaxtı Dublində Bolqarıstanın Baş naziri Rumen Radev ilə görüşüb.
Azərbaycan Prezidenti İlham Əliyev İrlandiyanın paytaxtı Dublində Bolqarıstanın Baş naziri Rumen Radev ilə görüşüb.
Görüşün əvvəlində Prezident İlham Əliyev bir neçə gün əvvəl Bolqarıstanda baş vermiş ağır yol-nəqliyyat hadisəsində həlak olanlarla bağlı Baş nazir Rumen Radevə başsağlığı verib. Bolqarıstanın Baş naziri Radev göstərilən həmrəyliyə və başsağlığı mesajına görə minnətdarlığını bildirərək təşəkkür edib.
Görüşdə iki ölkə arasında siyasi münasibətlərin yüksək səviyyədə olduğu vurğulanıb, dostluq və strateji tərəfdaşlığa əsaslanan ikitərəfli əlaqələrin inkişafından məmnunluq ifadə edilib.
Enerji sektorunda uğurlu əməkdaşlığa diqqət çəkən liderlər bu sahədə tərəfdaşlığın daha da gücləndirilməsi üçün böyük potensialın olduğunu qeyd ediblər.
Görüşdə, həmçinin iki ölkə arasında elektrik enerjisi dəhlizinin yaradılması və nəqliyyat bağlantıları ilə bağlı məsələlər müzakirə edilib, müxtəlif sahələrdə ikitərəfli münasibətlərin inkişaf etdirilməsi barədə fikir mübadiləsi aparılıb.
Azərbaycan İnformasiya Agentliyi