Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Fələstinin Xarici İşlər və Xaricdə Yaşayan Fələstinlilər Nazirliyi İsrailin Qəzza zolağının cənubundakı Xan Yunis şəhərində yerləşən Nasir xəstəxanasının cərrahiyyə şöbəsinə hücumunu pisləyib.

Nazirliyin açıqlamasında hücum nəticəsində azı bir həkim və xüsusi qayğıya ehtiyacı olan bir uşaq da daxil olmaqla 12 nəfərin həyatını itirdiyi bildirilib. Həmçinin 25-dən çox xəstənin, tibb işçisinin və xəstə yaxınlarının yaralandığı qeyd edilib.

Nazirlik xəstəxanaların və tibb işçilərinin beynəlxalq hüquq çərçivəsində qorunmasının vacibliyini vurğulayaraq hücumu müharibə cinayəti kimi qiymətləndirib. Açıqlamada Qəzzada mülki şəxslərin qida, dərman və sığınacaq kimi əsas ehtiyaclardan məhrum edildiyi, qış şəraitinin isə humanitar böhranı daha da ağırlaşdırdığı bildirilib.

Fələstin Xarici İşlər Nazirliyi ABŞ administrasiyasını və beynəlxalq ictimaiyyəti İsrailə təzyiq göstərməyə çağıraraq hücumların dayandırılmasını, məsul şəxslərin cavabdehliyə cəlb edilməsini və humanitar yardımların Qəzzaya maneəsiz çatdırılmasını tələb edib.

Nazirlik həmçinin Qəzzaya tətbiq edilən blokadanın aradan qaldırılmasına, yenidənqurma işlərinə başlanmasına və İsrail qüvvələrinin bölgədən tamamilə çıxarılmasına çağırıb. Açıqlamada Fələstin hökumətinin Qəzzada öz öhdəliklərini yerinə yetirməsinə şərait yaradılmasının və paytaxtı Qüds olan müstəqil Fələstin Dövlətinin qurulmasının vacibliyi vurğulanıb.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp