Əliyev Avropa Siyasi Birliyinin Zirvə toplantısında iştirak edib
Dublin, 12 noyabr (Hibya) - Azərbaycan Prezidenti İlham Əliyev İrlandiyanın paytaxtı Dublində keçirilən Avropa Siyasi Birliyinin 9-cu Zirvə toplantısının açılış plenar iclasında iştirak edib.
Azərbaycan Prezidenti İlham Əliyev İrlandiyanın paytaxtı Dublində keçirilən Avropa Siyasi Birliyinin 9-cu Zirvə toplantısının açılış plenar iclasında iştirak edib.
Dublindəki Konqres Mərkəzinə gələn Azərbaycan Prezidenti İlham Əliyevi İrlandiyanın Baş naziri Mixol Martin qarşılayıb. Dövlət başçısı Zirvə toplantısının açılış plenar iclasında iştirak edib və proqramın sonunda digər iştirakçılarla birlikdə xatirə şəkli çəkdirib.
Bu il “Avropa – Güclü, Təhlükəsiz və Əlaqəli” mövzusuna həsr olunan Zirvə toplantısının gündəliyinə rəqabətqabiliyyətli iqtisadiyyatın qurulması, innovasiyaların təşviqi, nəqliyyat əlaqələrinin inkişaf etdirilməsi, əlçatan enerji təminatı, eləcə də Avropanın təhlükəsizliyi və müdafiəsi məsələləri daxil edilib. Toplantıda 50-yə yaxın dövlət və hökumət başçısı iştirak edib.
Azərbaycan İnformasiya Agentliyi