Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Almaniya Federativ Respublikasının xarici işlər naziri Yohann David Vadefulu Azərbaycan Xarici İşlər Nazirliyində qəbul edib.

Görüş zamanı iki ölkə arasındakı münasibətlərin mövcud vəziyyəti və gələcək perspektivləri müzakirə olunub, siyasi dialoqun gücləndirilməsi, ticarət və investisiyaların artırılması, eləcə də enerji, nəqliyyat, sənaye və texnologiya sahələrində əməkdaşlığın inkişaf etdirilməsi məsələlərinə diqqət yetirilib. 2027-ci ildə diplomatik münasibətlərin qurulmasının 35-ci ildönümünün qeyd olunacağını vurğulayan nazirlər əməkdaşlığın daha da dərinləşdirilməsi üçün 2026-cı ilin iyulunda qəbul edilmiş İkitərəfli Tərəfdaşlıq üzrə Strateji Gündəliyin əhəmiyyətini qeyd ediblər.

Görüşdə Azərbaycan və Ermənistan arasında normallaşma prosesi, münaqişədən sonrakı bərpa işləri, nəqliyyat bağlantıları və regional təhlükəsizlik də daxil olmaqla regional və beynəlxalq hadisələr ətrafında fikir mübadiləsi aparılıb. Nazir Bayramov bu səfərin strateji tərəfdaşlığa yeni təkan verəcəyinə və qarşılıqlı faydalı əməkdaşlıq üçün yeni imkanlar açacağına əminliyini ifadə edib.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp