Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

İsrailin xarici işlər naziri Gideon Saar Bolqarıstanın xarici işlər naziri Vesela Petrova ilə telefon danışığı aparıb.

Danışıqla bağlı sosial media hesabında açıqlama verən nazir Saar bolqarıstanlı həmkarı ilə iki ölkə arasındakı münasibətləri və əməkdaşlığın gücləndirilməsi yollarını müzakirə etdiklərini bildirib.

Danışıq zamanı Qara dənizdəki vəziyyətin, Rusiya ilə Ukrayna arasındakı müharibənin və seçkilərdən sonra İsraildəki siyasi vəziyyətin də nəzərdən keçirildiyi qeyd olunub.

İsrail və Bolqarıstan arasındakı dostluq əlaqələrini gücləndirməyə davam edəcəyini vurğulayan Saar iki ölkə arasında dialoqun davam edəcəyini bildirib.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp