Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

CCTV-nin məlumatına görə, İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Baqai bildirib ki, Hörmüz boğazında gələcək keçid və hərəkətin idarə olunmasına dair qaydalar yalnız İran və Oman arasında aparılacaq ikitərəfli məsləhətləşmələr nəticəsində müəyyən edilməlidir.

Açıqlama İranın xarici işlər naziri Seyid Abbas Əraqçi ilə Omanın xarici işlər naziri Seyid Bədr Əlbusaidinin Məsqətdə keçirdiyi görüşdən sonra verilib.

Baqai bildirib ki, danışıqlarda Hörmüz boğazında gəmiçilik və keçidin idarə olunmasına dair koordinasiya mexanizmi müzakirə edilib. O qeyd edib ki, iclasda hər iki ölkədən hüquqi və texniki nümayəndə heyətləri iştirak edib, Qətər hökumət nümayəndə heyəti isə müzakirələrin bəzi hissələrinə qatılıb.

Onun sözlərinə görə, müzakirələr zamanı dəniz təhlükəsizliyi, iki ölkənin suveren hüquqlarına hörmət, beynəlxalq hüququn tətbiqi, eləcə də "İslamabad Anlaşma Memorandumu"nun 5-ci maddəsi nəzərdən keçirilib. Baqai bir daha vurğulayıb ki, gələcək hərəkətin idarə olunması çərçivəsi yalnız İran və Oman arasında məsləhətləşmələr yolu ilə formalaşdırılmalıdır.

İran tərəfi həmçinin bildirib ki, yeni qaydalar ABŞ və İsrailin son aylarda İrana qarşı həyata keçirdiyi hərbi əməliyyatların Hörmüz boğazında dəniz nəqliyyatı təhlükəsizliyinə təsirini də nəzərə almalıdır.

Baqai deyib ki, tərəflər boğazda gəmiçilik təhlükəsizliyi ilə bağlı ortaq yanaşmanın formalaşdırılması məqsədilə siyasi, hüquqi və texniki səviyyədə məsləhətləşmələrin davam etdirilməsi barədə razılığa gəliblər.

Digər tərəfdən, İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf sosial media hesabında paylaşım edərək "birtərəfli razılaşmalar dövrünün başa çatdığını" bildirib. O xatırladıb ki, aidiyyəti tərəflər əvvəllər öhdəliklərini yerinə yetirməyə çağırılmışdı və artıq "reallıqla üzləşməlidirlər".

Qalibaf həmçinin əvvəllər imzalanmış 14 maddəlik anlaşma memorandumunun 5-ci maddəsinə istinad edərək bildirib ki, Hörmüz boğazından tranzit keçid İran tərəfindən müəyyən ediləcək qaydalara uyğun həyata keçiriləcək.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp