Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Qətər Xarici İşlər Nazirliyi İranın Qətərə, eləcə də İordaniya, BƏƏ, Bəhreyn, Oman və Küveytə qarşı həyata keçirdiyi hücumları pisləyərək, bu addımların beynəlxalq hüququn və BMT Nizamnaməsinin açıq şəkildə pozulması olduğunu bildirib.

Nazirliyin bəyanatında qeyd olunub ki, İranın Qətər ərazisinə, eləcə də digər Körfəz və region ölkələrinə qarşı hücumları həmin ölkələrin suverenliyi və ərazi bütövlüyünün ciddi şəkildə pozulmasıdır.

Bəyanatda vurğulanıb ki, hücumların davam etməsi regionda gərginliyin azaldılması səylərinə zərbə vuracaq, təhlükəsizlik və sabitliyi təmin etməyə yönəlmiş siyasi və diplomatik təşəbbüsləri zəiflədəcək və baş verən hadisələrə görə bütün hüquqi məsuliyyət İranın üzərinə düşür.

Nazirlik bildirib ki, Qətər BMT Nizamnaməsinin 51-ci maddəsinə əsasən özünümüdafiə hüququnu özündə saxlayır və suverenliyini, təhlükəsizliyini, ərazi bütövlüyünü və vətəndaşlarını qorumaq üçün bütün zəruri tədbirləri görmək hüququna malikdir.

Həmçinin Qətərin İordaniya, BƏƏ, Bəhreyn, Oman və Küveytlə tam həmrəy olduğu bir daha vurğulanaraq, həmin ölkələrin suverenlik və təhlükəsizliklərini qorumaq üçün atacaqları qanuni addımların dəstəkləndiyi bildirilib.

Sonda bölgədə təhlükəsizlik və sabitliyi təhdid edən bütün hərbi əməliyyatların dərhal dayandırılmasına, gərginliyi artıracaq addımlardan çəkinilməsinə, dialoq və danışıqlara qayıdılmasına və diplomatik razılaşmalara əməl edilməsinə çağırış edilib.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp