Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

BƏƏ Müdafiə Nazirliyi 7 mart 2026-cı ildə ölkənin hava hücumundan müdafiə sistemləri tərəfindən aşkarlanan ballistik raketlər və pilotsuz uçuş aparatları ilə bağlı açıqlama yayıb.

Nazirliyin məlumatına görə, hava hücumundan müdafiə sistemləri ümumilikdə 16 ballistik raket aşkar edib. Onlardan 15-i məhv edilib, bir ballistik raketin isə dənizə düşdüyü bildirilib. Həmin gün aşkarlanan 121 pilotsuz uçuş aparatından 119-u hava hücumundan müdafiə sistemləri tərəfindən vurulub, iki PUA isə ölkə ərazisinə düşüb.

Açıqlamada qeyd olunub ki, İran mənbəli hücumların başladığı vaxtdan indiyədək ümumilikdə 221 ballistik raket aşkarlanıb, onlardan 205-i məhv edilib, 14-ü dənizə düşüb və iki raket ölkə ərazisinə düşüb. Bundan əlavə, 1305 pilotsuz uçuş aparatı aşkarlanıb, onlardan 1229-u vurulub və 76-sı ölkə ərazisinə düşüb. Hava hücumundan müdafiə sistemlərinin həmçinin 8 qanadlı raketi məhv etdiyi bildirilib.

Nazirlik bildirib ki, hücumlar nəticəsində Pakistan, Nepal və Banqladeş vətəndaşı olan üç nəfər həyatını itirib, müxtəlif millətlərdən olan 112 nəfər isə yüngül xəsarət alıb.

BƏƏ Müdafiə Nazirliyi açıqlamasında ölkənin təhlükəsizliyini hədəf alan təhdidlərə qarşı bütün hərbi bölmələrin yüksək hazırlıq səviyyəsində olduğunu və dövlətin təhlükəsizliyi ilə sabitliyini qorumaq üçün bütün zəruri tədbirlərin görüləcəyini vurğulayıb.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp