Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

İsrail Xarici İşlər Nazirliyi İranın səfirliklərini terror fəaliyyətləri üçün istifadə etdiyini və indi də casus cəlb etmək məqsədilə fəaliyyət göstərdiyini bildirdi. Nazirlik İranın İsrail daxilində xüsusi təsir əldə etməyə çalışdığını qeyd etdi.

Paylaşılan şifrəli sənədlərdə İran İslam Respublikasının əməkdaşlıq edən şəxslərə hər video üçün 3 min 500 dollar dəyərində kriptovalyuta cüzdanı təqdim edərək gizli əməliyyatlar həyata keçirdiyi bildirildi. Sənədlərdə həmçinin maraqlanan şəxslərin İranın Gizli Əməliyyatlar İdarəsi ilə əlaqə saxlaya biləcəyi və seçilən ölkəyə görə mükafatların veriləcəyi qeyd olunub.

İsrail rəsmiləri bu cür təşəbbüslərin həm milli təhlükəsizlik, həm də regional sabitlik üçün ciddi təhdid yaratdığını vurğuladı.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp