Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Birləşmiş Ərəb Əmirliklərinin Şarja şəhərində 2026-cı il Qlobal Narkotiklərlə Mübarizə Günü çərçivəsində "Fərdin Qorunması və Cəmiyyətin Mühafizəsi" mövzusunda forum keçirilib.

Şeyx Abdullah Mübarək bin Amerin himayəsi altında təşkil olunan forumda Şarja Polis Baş Komandanı, Şarja Ətraf Mühit İdarəsinin sədri Şeyx Macid bin Sultan bin Saqr Əl Qasimi və bir sıra yüksək vəzifəli rəsmilər iştirak ediblər.

Şarja Polis Baş Komandanlığı tərəfindən təşkil olunan tədbirdə narkotiklərlə mübarizə və onların qarşısının alınması istiqamətində görülən işlər, ictimai maarifləndirmənin artırılması və təhlükəsizlik sisteminin gücləndirilməsi təşəbbüsləri müzakirə olunub.

Forumun sonunda Hərbi Polis Komandanı polkovnik Məhəmməd Salim Əl Kutubi qurumlararası əməkdaşlığa və cəmiyyətin qorunmasına yönəlmiş milli təşəbbüslərə verdiyi dəstəyə görə təltif edilib.

Rəsmilər narkotiklərlə mübarizədə maarifləndirmə tədbirlərinin və qurumlararası koordinasiyanın cəmiyyətin təhlükəsizliyi baxımından böyük əhəmiyyət daşıdığını vurğulayıblar.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp