Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Qətər Xarici İşlər Nazirliyi diplomatik və konsulluq əməkdaşlarının vəzifələrini müəyyən edən və təsnifləşdirən yeni təlimat yayımlayıb.

Qətərin Baş nazirinin səlahiyyətlərini icra edən və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman bin Casim Əl Taninin imzaladığı 2026-cı il tarixli 34 nömrəli nazirlik qərarı ilə qüvvəyə minən sənəd diplomatik xidmətdə vəzifə və məsuliyyətlərin dəqiq müəyyənləşdirilməsini hədəfləyir.

Nazirliyin açıqlamasında bildirilib ki, yeni təlimat institusional strukturun gücləndirilməsi, fəaliyyət səmərəliliyinin artırılması, hesabatlılığın inkişaf etdirilməsi və karyera planlaşdırmasının daha sistemli şəkildə həyata keçirilməsi məqsədilə hazırlanıb.

Qeyd olunub ki, təlimat Xarici İşlər Nazirliyinin mərkəzi aparatı və xarici nümayəndəliklərdə çalışan diplomatik və konsulluq əməkdaşları üçün standart istinad sənədi rolunu oynayacaq.

Tənzimləmənin həmçinin vəzifə öhdəliklərini dəqiq müəyyənləşdirərək işə qəbul proseslərini və peşəkar inkişafı dəstəkləməsi, institusional uyğunluğu artırması və diplomatik xidmətdə daha səmərəli struktur yaratması nəzərdə tutulur.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp