Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Birləşmiş Ərəb Əmirliklərinin Müdafiə Nazirliyi "Emirates Knights" akrobatika komandasının ABŞ-ın müstəqilliyinin 250 illiyi münasibətilə Nyu-Yorkda nümayiş uçuşu keçirdiyini açıqlayıb.

Bildirilib ki, komanda tarixində ilk dəfə ABŞ səmasında uçuş həyata keçirərək Azadlıq Heykəli üzərində peşəkar hava şousu və xüsusi akrobatik fiqurlar nümayiş etdirib. Nyu-York səmasında keçirilən uçuşlar bayram tədbirlərinin diqqət çəkən hissələrindən biri olub.

BƏƏ Müdafiə Nazirliyi qeyd edib ki, bu iştirak ölkənin dünya dövlətləri ilə dostluq və əməkdaşlıq əlaqələrini gücləndirmək vizyonunu əks etdirir.

Açıqlamada həmçinin vurğulanıb ki, beynəlxalq tədbirlərdə iştirak ölkənin qlobal görünürlüğünü artırır və beynəlxalq platformalardakı mövqeyini daha da möhkəmləndirir.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp