Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

İsrail Müdafiə Qüvvələri (IDF) onlarla İsrail vətəndaşının Suriya ərazisinə keçməyə cəhd etdiyini və təhlükəsizlik qüvvələrinin müdaxilə edərək bu cəhdin qarşısını aldığını açıqlayıb.

IDF-in açıqlamasında bildirilib ki, hadisə bu gün səhər saatlarında baş verib. Sərhəddə xidmət aparan bölmələr həmin şəxsləri saxlayaraq nəzarətə götürüblər. Saxlanılan şəxslərin zəruri hüquqi prosedurların aparılması üçün İsrail polisinə təhvil verildiyi qeyd olunub.

Açıqlamada vurğulanıb ki, sərhədi qanunsuz keçmək cəhdləri ciddi təhlükəsizlik riskləri yaradır və bu cür hərəkətlər həm İsrail hərbçilərini, həm də mülki şəxsləri təhlükə altına qoyur. IDF bu cəhdləri qətiyyətlə pislədiyini və hadisənin cinayət əməli kimi qiymətləndirildiyini bildirib.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp