Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai İran İslam Respublikasına qarşı hərbi əməliyyatların humanitar və qlobal təsirləri barədə açıqlama verib. Bəqai vurğulayıb ki, bu hücumlar yalnız hərbi müdaxilə deyil, eyni zamanda mülki əhaliyə qarşı bir “qətliam”dır.

Baş verən proses barədə danışan Bəqai deyib: “İran İslam Respublikasına qarşı edilən bu vəhşi, səbəbsiz və tamamilə əsassız hücum döyüş meydanından çox-çox kənara çıxır. Bu, qlobal bazarlarda əks-səda doğurur, enerji qiymətlərini artırır, valyutaları qeyri-sabitləşdirir və dünyanın müxtəlif yerlərində adi insanların alıcılıq qabiliyyətini zəiflədir.”

Hücumların birbaşa günahsız mülki insanları hədəfə aldığını bildirən Bəqai sözlərini belə tamamlayıb: “Biz iranlılar üçün bunun bədəli ölçüyəgəlməz dərəcədə yüksəkdir: hücum edənlər qəsdən mülki əraziləri və ən çox ağrı və insan itkisinə səbəb olacağını düşündükləri hər yeri hədəfə alaraq xalqımızı vəhşicəsinə qətlə yetirirlər.”

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp