Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Azərbaycan Respublikası Prezidentinin Mətbuat Xidmətindən verilən məlumata görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib.

İclasda çıxış edən İlham Əliyev bildirib: “Bu gün İran Azərbaycan ərazisinə və Azərbaycan dövlətinə qarşı terror aktı həyata keçirib. İran dövləti pilotsuz uçuş aparatları vasitəsilə Naxçıvan Muxtar Respublikasının ərazisinə atəş açıb. Atəşin hədəfi mülki obyektlər olub. Naxçıvan Beynəlxalq Hava Limanı, terminal binası, bir məktəb və digər sahələr İran tərəfindən alçaqcasına atəşə tutulub.”

Terror aktını qətiyyətlə pislədiklərini bildirən Əliyev deyib: “Azərbaycan dövləti bu çirkin terror aktını qətiyyətlə pisləyir və bunu törədənlər dərhal cavab verməlidir. İran rəsmiləri Azərbaycan tərəfinə izahat verməli, üzr istəməli və bu terror aktını törədən şəxslər cinayət məsuliyyətinə cəlb olunmalıdır.”

Hücumlar qarşısında güzəştə getməyəcəklərini vurğulayan Əliyev qeyd edib: “Azərbaycan əleyhinə törədilən bu əsassız terror aktı və təcavüzlə barışmayacağıq. Silahlı Qüvvələrimizə cavab tədbirləri hazırlamaq və həyata keçirmək tapşırığı verilib.”

Əliyev sözlərini belə tamamlayıb: “Bütün tapşırıqlar verilib. İranın Azərbaycandakı səfiri Xarici İşlər Nazirliyinə çağırılıb, etiraz notası təqdim olunacaq və digər diplomatik addımlar atılacaq. Sərhədlə bağlı müvafiq tapşırıqlar da verilib.”

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp