Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Litva xarici işlər naziri Kestutis Budris Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə telefonla danışaraq İranın Naxçıvan Muxtar Respublikasında mülki infrastruktura qarşı pilotsuz uçuş aparatı hücumunu qınayıb.

Budris vurğulayıb ki, bu cür hərəkətlər beynəlxalq hüququ pozur və regionda gərginliyin daha da artması riskini yüksəldir. O deyib: “Litva Azərbaycanla və İranın son təxribat xarakterli hücumlarından zərər çəkən bütün ölkələrlə tam həmrəylik içindədir. Suverenliyə və ərazi bütövlüyünə hörmət beynəlxalq münasibətlərin əsas sütunlarından biri olaraq qalmalıdır.”

Budris İranı hərbi fəaliyyətlərini dayandırmağa çağıraraq bildirib ki, bu cür addımlar regional sabitliyi zədələyir.

Həmçinin bildirilib ki, telefon danışığı zamanı Litva ilə Azərbaycan arasındakı ikitərəfli gündəm müzakirə olunub və iki ölkə arasında əməkdaşlığın gücləndirilməsinin əhəmiyyəti bir daha təsdiqlənib.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp