Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Azərbaycan Prezidenti İlham Əliyev Serbiya Prezidenti Aleksandar Vuçiç ilə telefonla danışıb.

Görüş zamanı Yaxın Şərqdəki mövcud vəziyyət barədə fikir mübadiləsi aparılıb və bölgədə gərginliyin daha da artması ilə bağlı narahatlıq ifadə olunub.

Telefon danışığı zamanı İran tərəfindən Naxçıvana qarşı həyata keçirilən pilotsuz uçuş aparatı hücumları da qınanıb.

Prezident İlham Əliyev söhbət zamanı Serbiya Prezidenti Aleksandar Vuçiçi doğum günü münasibətilə təbrik edib. Vuçiç göstərilən diqqətə görə Azərbaycan Prezidentinə təşəkkür edib.

Dövlət başçıları Azərbaycan ilə Serbiya arasında dostluq və strateji tərəfdaşlıq münasibətlərinin inkişafından məmnun olduqlarını vurğulayıb və iki ölkə arasında əməkdaşlığın gələcəyi ilə bağlı məsələləri müzakirə ediblər.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp