Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Rusiya Prezidenti Putin İran Prezidenti Məsud Pezeşkian ilə telefonla danışıb.

Putin söhbət zamanı İran İslam Respublikasının Ali Lideri Ayətullah Seyid Əli Xameneiyə və onun ailəsinə, həmçinin ölkənin hərbi və siyasi rəhbərliyinə qarşı sui-qəsd cəhdi və ABŞ ilə İsrailin İrana qarşı silahlı hücumu nəticəsində baş verən çoxsaylı mülki itkilərlə bağlı dərin başsağlığını bir daha ifadə edib.

Görüş zamanı Rusiyanın dərhal hərbi əməliyyatların dayandırılması, İran ətrafında və ya Yaxın Şərqdə yaranan hər hansı problemin həllində gücdən istifadə edilməsinin rədd edilməsi və diplomatik həll yoluna tez bir zamanda qayıdılması ilə bağlı prinsipial mövqeyi bir daha təsdiqlənib.

Pezeşkian isə öz növbəsində ölkələrinin suverenliyini və müstəqilliyini müdafiə edən İran xalqına Rusiyanın göstərdiyi həmrəyliyə görə təşəkkürünü bildirib. O, həmçinin münaqişənin son aktiv mərhələsində baş verən hadisələr barədə ətraflı məlumat verib.

İran tərəfi ilə müxtəlif kanallar vasitəsilə əlaqələrin davam etdirilməsi barədə razılıq əldə olunub.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp