Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Pakistanın Baş nazirinin müavini və xarici işlər naziri Məhəmməd İshaq Dar Pakistanın Pekindəki səfiri Xəlil Haşmini qəbul edib.

Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına görə, Dar səfirə Şanxayda Çinin xarici işlər naziri Vanq Yi ilə keçirdiyi son görüşdə əldə olunmuş razılaşmaların icrasını yaxından izləmək barədə tapşırıq verib.

Açıqlamada həmçinin bildirilib ki, Dar Pakistan-Çin Hər Şəraitdə Strateji Əməkdaşlıq Tərəfdaşlığının ticarət, investisiya, süni intellekt, yeni inkişaf edən texnologiyalar və qarşılıqlı maraq doğuran digər sahələrdə daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp