Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Pakistan Baş nazirinin müavini və xarici işlər naziri, senator Məhəmməd İshaq Dar İslamabadda keçirilən beynəlxalq konfransda terrorizmin bütün formalarına qarşı mübarizənin davam etdirilməsinin vacibliyini vurğulayaraq beynəlxalq əməkdaşlığın gücləndirilməsinə çağırıb.

Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına görə, Dar “Pakistanın dəyişən terrorla mübarizə mənzərəsi: TTP, sərhədlərarası təhdidlər və regional təhlükəsizlik” adlı konfransdakı çıxışında ölkəsinin terrorla mübarizədə verdiyi böyük qurbanlara diqqət çəkib.

Dar Əfqanıstan rəhbərliyini TTP və digər terror təşkilatlarına qarşı konkret, yoxlanıla bilən və geri dönməz addımlar atmağa çağıraraq Əfqanıstan ərazisinin Pakistana və ya başqa ölkəyə qarşı terror fəaliyyətləri üçün istifadə olunmasının qarşısının alınmasını istəyib.

Hindistanın Pakistana qarşı fəaliyyət göstərən terror qruplarını dəstəklədiyini iddia edən Dar, onun sözlərinə görə Əfqanıstan ərazisindən də həyata keçirilən bu fəaliyyətlərin regional sülh, sabitlik və təhlükəsizlik üçün ciddi təhdid yaratdığını bildirib.

Dar Pakistanın Milli Fəaliyyət Planı, Azm-e-Istehkam təşəbbüsü və kəşfiyyat koordinasiyasının təkmilləşdirilməsi vasitəsilə terrorla mübarizə apardığını qeyd edib, həmçinin ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişafına yönəlmiş diplomatik təşəbbüsləri açıqlayıb.

Dar Baş nazir Məhəmməd Şahbaz Şərifin rəhbərliyini yüksək qiymətləndirərək feldmarşal Seyid Asim Munirin komandanlığı altındakı silahlı qüvvələrin və hüquq-mühafizə orqanlarının cəsarətini və fədakarlığını təqdir edib.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp