Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Ukrayna Prezidenti Volodimir Zelenski Danimarka Parlamentinin sədri Henrik Frandsen və ölkədəki 12 siyasi partiyanın liderləri ilə keçirdiyi görüş barədə açıqlama verib.

Danimarkanın bir gün əvvəl Ukrayna üçün 645 milyon avro dəyərində 32-ci müdafiə yardımı paketini ayırdığını bildirən Zelenski qərarın parlamentdə yekdilliklə qəbul edildiyini qeyd edib.

Zelenski Ukraynaya göstərilən dəstəyin ölkəni gücləndirdiyini və sülhə yaxınlaşdırdığını vurğulayaraq, Danimarka parlamentarilərinə təşəkkür edib.

Danimarka Parlamentində də çıxış edən Zelenski Folketingin tribunasından çıxış etmək imkanı qazanan ilk xarici lider olmağın onun üçün böyük şərəf olduğunu bildirib. O, bu dəvətin Ukrayna xalqının və ölkələrini müdafiə edən hərbçilərin cəsarətinə verilən qiymət olduğunu qeyd edib.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp