Deepfake və süni intellekt məzmunları cinayət hüququ çərçivəsində cinayət tərkibi yarada bilər
Süməyyə Yalçın, 6 fevral (Hibya) – Süni intellekt və deepfake texnologiyalarının sürətlə yayılması hüquqi məsuliyyət müzakirələrini də gündəmə gətirir. Mövzu ilə bağlı vəkil Mehmet Mert Sergen açıqlama verib.
Vəkil Sergen bildirib ki, süni intellekt və deepfake istifadəsi özlüyündə cinayət deyil, lakin bu texnologiyalarla törədilən əməllər Türkiyə Cinayət Məcəlləsi çərçivəsində ciddi cəzalar doğura bilər.
O vurğulayıb ki, Cinayət Məcəlləsində “deepfake” sözü yer almasa da, deepfake vasitəsilə törədilən əməllər açıq şəkildə cinayətdir.
Sergen qeyd edib ki, əgər şəxsin şərəfi, şəxsi həyatı, şəxsi məlumatları və ya əmlakı hədəf alınırsa, deepfake birbaşa cinayət hüququnun predmetinə daxil olur.
Azərbaycan İnformasiya Agentliyi