Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Avropa və müttəfiq ölkələrdən 18 liderin birgə bəyanatında ABŞ ilə İran arasında razılaşdırılan iki həftəlik atəşkəsin məmnuniyyətlə qarşılandığı bildirilib.

Bəyanata qoşulan liderlər arasında Fransa Prezidenti Emmanuel Makron, İtaliyanın Baş naziri Corcia Meloni, Böyük Britaniyanın Baş naziri Keyr Starmer, Danimarkanın Baş naziri Mette Frederiksen, İsveçin Baş naziri Ulf Kristersson, Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis, İspaniyanın Baş naziri Pedro Sançes, Norveçin Baş naziri Jonas Qar Store, Finlandiya Prezidenti Aleksander Stubb, Avropa Komissiyasının sədri Ursula fon der Lyayen və Avropa Şurasının sədri Antonio Kosta yer alıb.

Bəyanatda qeyd olunub: “ABŞ ilə İran arasında razılaşdırılan iki həftəlik atəşkəsi məmnuniyyətlə qarşılayırıq. Pakistan və bu mühüm razılaşmanın əldə olunmasına töhfə verən bütün tərəfdaşlara təşəkkür edirik. Məqsəd yaxın günlərdə müharibəyə sürətli və davamlı son qoyulmasını müzakirə etmək olmalıdır və bu yalnız diplomatik yollarla mümkündür. Bütün tərəfləri, o cümlədən Livanı atəşkəsi həyata keçirməyə çağırırıq. Bu proses İran əhalisinin qorunması və regional təhlükəsizliyin təmin edilməsi baxımından mühümdür, həmçinin ciddi qlobal enerji böhranının qarşısını ala bilər. Hörmüz boğazında gəmiçilik azadlığının təmin olunmasına töhfə verəcəyik.”

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp