Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Qətərin Baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman bin Casim Əl Sani cümə günü Böyük Britaniyanın Oksford şəhərində yerləşən Oxford Union-da çıxış edib.

Əl Sani kiçik, lakin iqtisadi baxımdan güclü dövlətlərin qlobal sülhün və təhlükəsizliyin təmin edilməsində daha fəal rol oynamalı olduğunu bildirib. Oxford Union-da çıxış edən Əl Sani qeyd edib ki, bu ölkələr diplomatik təcrübələrini və iqtisadi güclərini birləşdirərək beynəlxalq sabitliyə töhfə verə bilərlər. O, bu ölkələri “firavan dövlətlər” adlandırıb.

Beynəlxalq sülh və təhlükəsizliklə bağlı qərarların məhdud sayda ölkənin əlində cəmləşməsini tənqid edən Əl Sani regional münaqişələrin enerji təchizatını, dəniz yollarını və qlobal bazarları təhdid etdiyini bildirib.

Qətərin vasitəçilik təcrübəsinə diqqət çəkən Əl Sani ölkəsinin regionda yeni gərginlik dalğasının qarşısını almaq üçün fəaliyyət göstərdiyini açıqlayıb. Firavan dövlətlərin birgə hərəkət etməli olduğunu vurğulayan Əl Sani qlobal sabitliyin qorunmasının beynəlxalq ictimaiyyətin ortaq məsuliyyəti olduğunu qeyd edib.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp