Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın təcavüzünə son qoymaq üçün ABŞ-nin daha qətiyyətli mövqe nümayiş etdirməli olduğunu bildirərək ABŞ-ni azadlığın ən böyük dəstəkçisi adlandırıb.

ABŞ-dən verilən açıqlamaların və Ukraynaya göstərilən hərbi dəstəyin əhəmiyyətinə diqqət çəkən Zelenski deyib: “Putin yalnız güclü mövqeyə hörmət edir. Biz Putin haqqında xoş sözlər söyləməklə bu müharibəyə son qoya bilmərik”. Zelenski güclü dəstək paketinin və Rusiyaya təzyiqin artırılmasının Putini hücumlarını yenidən nəzərdən keçirməyə məcbur edə biləcəyini bildirib.

Atəşkəsə nəzarət məsələsinə də toxunan Zelenski danışıqlar zamanı silahların geri çəkilməsi və bufer zonanın yaradılması kimi səbəblərlə əlavə vaxt tələb olunduğunu, lakin texnoloji imkanların bu prosesi asanlaşdıra biləcəyini qeyd edib. Pilotsuz uçuş aparatları (PUA) vasitəsilə atəşkəs pozuntularının izlənilə biləcəyini bildirən Zelenski Oleşkidə tətbiq olunan atəşkəsin qısa müddətdə həyata keçirildiyini və uğurlu olduğunu deyib.

Zelenski müharibənin başa çatdırılmasında Putinin siyasi iradəsinin həlledici rol oynadığını vurğulayaraq ABŞ-nin vasitəçiliyi ilə Rusiyanı sülhə yönəldəcək bir yolun tapıla biləcəyini ifadə edib.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp