Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Ukraynanın xarici işlər naziri Andriy Sıbiha Rusiyanın gecə ərzində Ukraynaya ballistik raketlər və pilotsuz uçuş aparatları ilə hücum edərək kritik enerji infrastrukturunu hədəf aldığını açıqlayıb.

Sıbiha sosial media hesabında etdiyi paylaşımda Rusiyanın qışın yaxınlaşdığı bir vaxtda milyonlarla ukraynalını elektrik enerjisi, istilik və su təchizatından məhrum etməyi hədəflədiyini bildirib. Xarici işlər naziri Rusiyanın döyüş meydanında əldə edə bilmədiyini soyuq və qaranlıq vasitəsilə həyata keçirməyə çalışdığını qeyd edərək bu hücumların Ukrayna xalqının mülki həyatını dözülməz hala gətirməyə yönəldiyini vurğulayıb.

Sıbiha Rusiyanın hücumlarını dayandırmaq üçün Ukraynanın tərəfdaşları ilə birlikdə lazımi imkanlara malik olduğunu vurğulayaraq ölkəsinin daha çox hava hücumundan müdafiə sisteminə, ələkeçirici raketlərə və onların gecikmədən çatdırılmasını təmin edəcək siyasi iradəyə ehtiyacı olduğunu bildirib.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp