Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Qətərin Baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman bin Casim Əl Sani ilə Türkiyənin xarici işlər naziri Hakan Fidan oktyabrın 25-də telefon danışığı aparıblar.

Qətər Xarici İşlər Nazirliyinin açıqlamasına görə, danışıq zamanı iki ölkə arasında əməkdaşlıq münasibətləri və bu münasibətlərin dəstəklənərək inkişaf etdirilməsi yolları müzakirə olunub. Həmçinin regionda baş verən son hadisələr, gərginliyin azaldılması, təhlükəsizlik və sabitliyin gücləndirilməsi məqsədilə həyata keçirilən diplomatik təşəbbüslər və birgə koordinasiya məsələləri nəzərdən keçirilib.

Açıqlamada Qətərin Baş naziri və xarici işlər naziri Əl Saninin dəniz nəqliyyatında sərbəst üzmə hüququnu təmin edəcək və regionda davamlı sülhün əldə olunmasına imkan yaradacaq hərtərəfli saziş üçün zəmin hazırlanmasını hədəfləyən bütün diplomatik təşəbbüs və səylərə Qətərin dəstəyini bir daha təsdiqlədiyi bildirilib.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp