Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Qətərin Baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman bin Casim Əl Sani Liviyanın Milli Birlik Hökumətinin Baş naziri Əbdülhəmid Məhəmməd Dibeybə ilə görüşüb.

Dohada keçirilən Dünya İnvestisiya Forumu (WIF) çərçivəsində baş tutan görüşdə Qətər və Liviya arasında əməkdaşlıq imkanları, ikitərəfli münasibətlərin inkişaf etdirilməsi istiqamətində addımlar və regiondakı son hadisələr müzakirə olunub.

Görüş zamanı Qətərin Baş naziri Əl Sani ölkəsinin Liviyanın ərazi bütövlüyünə və Liviya xalqının sabitlik və inkişafla bağlı gözləntilərinə qətiyyətli dəstəyini vurğulayıb. Əl Sani həmçinin Qətər Dövlətinin Liviyadakı siyasi prosesə, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə və ölkənin suverenliyinə hörmət edən sülh yolu ilə həll variantlarına tam dəstəyini bir daha təsdiqləyib.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp