Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Estoniyanın xarici işlər naziri Marqus Tsahkna Rusiyanın Ukraynaya hücumlarının davam etdiyini bildirərək, Ukraynaya hərbi dəstəyin zəiflədilməməsinə çağırıb.

Tsahkna Rusiyanın bir həftə ərzində Ukraynaya təxminən 4 min bomba, raket və pilotsuz uçuş aparatı göndərdiyini qeyd edib. O bildirib ki, diplomatik səylər davam etdiyi bir vaxtda Rusiya Ukraynadakı yaşayış evlərini, enerji infrastrukturunu və yardım göstərmək üçün hadisə yerinə gələn xilasetmə qruplarını hədəfə alır.

Rusiya Prezidenti Vladimir Putinin təcavüzünə son qoymağa hazır görünmədiyini vurğulayan Tsahkna deyib: “Rusiyaya təzyiqi artırmalı və Ukraynanın hava hücumundan müdafiəsini gücləndirməliyik. Ukraynaya hərbi dəstək zəifləməməlidir.”

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp