Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Qətərin Baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman bin Casim Əl Sani və Qətər Xarici İşlər Nazirliyinin Baş katibi doktor Əhməd bin Həsən Əl Həmmadi ayrı-ayrı görüşlərdə Qətərin beynəlxalq əməkdaşlıq əlaqələrini müzakirə ediblər.

Qətər Xarici İşlər Nazirliyinin açıqlamasına görə, Baş nazir və xarici işlər naziri Əl Sani Dünya İnvestisiya Forumu çərçivəsində Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasının (ASEAN) Baş katibi Kao Kim Horn ilə görüşüb. Görüşdə Qətər ilə ASEAN arasındakı əməkdaşlıq münasibətləri və qarşılıqlı maraq doğuran məsələlər nəzərdən keçirilib.

Həmin gün Qətər Xarici İşlər Nazirliyinin Baş katibi Əl Həmmadi də Türkiyənin Dohadakı səfiri Yakup Ceylanmoğlu ilə görüşüb. Görüş zamanı Qətər ilə Türkiyə arasında əməkdaşlığın gücləndirilməsi və inkişaf etdirilməsi imkanları müzakirə olunub. Tərəflər həmçinin qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp