Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ABŞ Dövlət Departamentinin İqtisadiyyat, Enerji və Ticarət məsələləri üzrə müavin köməkçisi Caleb Orrun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüş zamanı Prezident İlham Əliyev Caleb Orra Bakı Enerji Həftəsi və Bakı Enerji Forumu çərçivəsində keçirilən sərgilərin rəsmi açılış mərasimində iştirak etdiyinə görə təşəkkür edib. Əliyev ABŞ Prezidenti Donald Trampın bu tədbirə məktub göndərməsindən məmnunluğunu ifadə edərək, bu yanaşmanın və tərəfdaşlığın yüksək qiymətləndirildiyini bildirib və ABŞ prezidentinə təşəkkürlərini çatdırıb.

Prezident Əliyev iki ölkə arasında münasibətlərin son dövrdə uğurla inkişaf etdiyini qeyd edərək, Azərbaycan ilə ABŞ arasında imzalanmış Strateji Tərəfdaşlıq Sazişinin əhəmiyyətini vurğulayıb.

Əliyev bildirib ki, bu saziş əsasında müxtəlif sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə işçi qrupları yaradılıb və Azərbaycan-ABŞ İqtisadi Dialoqunun ilk iclası keçiriləcək. Bu çərçivədə Caleb Orrun rəhbərlik etdiyi nümayəndə heyətinin səfərinin əməkdaşlıq perspektivlərinin müzakirəsi baxımından müsbət imkan yaratdığı qeyd olunub.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp