Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Azərbaycan Prezidentliyinin məlumatına görə, Prezident İlham Əliyev yanvarın 20-də Davosda JPMorgan-ın İdarə Heyətinin sədri və baş icraçı direktoru Ceymi Dimon ilə görüş keçirib.

Əməkdaşlığın əhəmiyyətinə toxunan İlham Əliyev Azərbaycan Respublikasının Dövlət Neft Fondu (SOFAZ) və digər Azərbaycan qurumları ilə JPMorgan arasında mövcud əməkdaşlığın vacibliyini vurğulayaraq, bu tərəfdaşlığın uzunmüddətli və qarşılıqlı etimada əsaslandığını bildirib.

JPMorgan-ın baş icraçı direktoru Ceymi Dimon isə Azərbaycanın maliyyə mövqeyini yüksək qiymətləndirərək, ölkənin beynəlxalq maliyyə bazarlarında etibarlı tərəfdaş kimi mövqeyini təqdir edib, sabit investisiya mühitini qoruduğunu və ardıcıl şəkildə sağlam maliyyə siyasəti həyata keçirdiyini qeyd edib.

Dimon həmçinin JPMorgan-ın SOFAZ ilə tərəfdaşlığı daha da dərinləşdirməyə maraq göstərdiyini bildirib.

Görüş zamanı tərəflər qlobal maliyyə bazarlarındakı mövcud vəziyyət, beynəlxalq investisiya mühiti və makroiqtisadi çağırışlar barədə fikir mübadiləsi aparıblar, həmçinin qlobal iqtisadi proseslər fonunda institusional investorlar üçün yaranan imkanlar və uzunmüddətli əməkdaşlıq perspektivləri müzakirə olunub.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp