Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Monteneqronun Baş naziri Miloyko Spajiç Adecco şirkətinin prezidenti Kristof Kotoar ilə görüş keçirib.

Pilot proqramın uğuruna toxunan Spajiç bildirib: “Davosda Adecco prezidentı Kristof Kotoar ilə Adecco Qrupuna daxil olan General Assembly şirkətinin Monteneqroda təxminən 40 işsiz şəxsin üç aylıq təlim vasitəsilə rəqəmsal bacarıqlar əldə etməsini təmin edən pilot proqramı uğurla başa çatdırmasından sonra əməkdaşlığın davam etdirilməsini müzakirə etdik.”

Təhsil və işçi qüvvəsi potensialının artırılmasının strateji əhəmiyyətini vurğulayan Spajiç əlavə edib: “Bilik və bacarıqların inkişafı və yerli işçi qüvvəsinin gücləndirilməsi, xüsusilə Aİ ilə danışıqlar prosesinin çətin son mərhələlərində Monteneqro üçün son dərəcə vacibdir.”

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp