Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Estoniyanın xarici işlər naziri Marqus Tsahkna bildirib ki, ölkəsi Cənubi Avropada meşə yanğınlarından zərər çəkmiş ölkələr və icmalarla həmrəydir.

Tsahkna yaxın günlərdə Estoniya Xilasetmə Xidmətinə məxsus meşə yanğınları ilə mübarizə qrupunun İtaliyanın Sardiniya adasında aparılan söndürmə əməliyyatlarına dəstək vermək üçün bölgəyə göndəriləcəyini açıqlayıb.

Yanğınlarla mübarizə aparan yanğınsöndürənlərə və fövqəladə hallar əməkdaşlarına təşəkkür edən Tsahkna onların insanların həyatını, evlərini və təbiəti qorumaq naminə böyük fədakarlıq göstərdiklərini vurğulayıb.

Tsahkna əlavə edib ki, Cənubi Avropadakı meşə yanğınları iqlim dəyişikliyinə hazırlığın, ətraf mühitin qorunmasının və cəmiyyətlərin dayanıqlığının gücləndirilməsinin vacibliyini bir daha nümayiş etdirir.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp