Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Fələstinin Xarici İşlər və Diaspor Nazirliyi İsrailin Milli Təhlükəsizlik naziri İtamar Ben Qvirin rəhbərliyi ilə 3 min 228 məskunlaşmaçının Əl-Əqsa məscidinə daxil olmasını pisləyib.

Nazirlik bildirib ki, bu addım müqəddəs məkanın tarixi və hüquqi statusunu hədəf alır və beynəlxalq ictimaiyyəti təcili müdaxiləyə çağırıb.

Açıqlamada qeyd olunub ki, İsrail təhlükəsizlik qüvvələrinin müşayiəti ilə həyata keçirildiyi bildirilən bu hadisə "Məbədin Dağıdılmasının Anım Günü" tədbirləri ilə eyni vaxta təsadüf edib.

Bəyanatda iddia olunub ki, hadisə zamanı Talmud ayinləri icra edilib, İsrail bayraqları qaldırılıb və Əl-Əqsa məscidinin həyətində təxribat xarakterli nümayişlər keçirilib.

Fələstin Xarici İşlər Nazirliyi bu cür addımların Əl-Əqsa məscidinin islam kimliyinə qarşı pozuntu olduğunu bildirərək, İsrailin müqəddəs məkanın mövcud tarixi və hüquqi statusunu dəyişməyə çalışdığını iddia edib.

Açıqlamada həmçinin müsəlmanların ibadət məkanına çıxışının məhdudlaşdırıldığı, məskunlaşmaçılara isə geniş təhlükəsizlik dəstəyi verildiyi iddia olunub.

Bu addımların Hərəm əl-Şərifdə zaman və məkan bölgüsü yaratmaq cəhdinin bir hissəsi olduğu bildirilib.

Fələstin rəhbərliyi vurğulayıb ki, 144 dönümlük Hərəm əl-Şərif ərazisinin tamamı yalnız müsəlmanlara məxsus ibadət yeridir və İsrailin Şərqi Qüds də daxil olmaqla işğal altındakı Fələstin torpaqları üzərində suverenliyi yoxdur.

Açıqlamada İsrailin atdığı addımların beynəlxalq hüquqa və BMT Təhlükəsizlik Şurasının 476 və 478 saylı qətnamələrinə zidd olduğu qeyd edilib.

Nazirlik beynəlxalq ictimaiyyəti yalnız pisləyici bəyanatlarla kifayətlənməməyə, Əl-Əqsa məscidinin tarixi və hüquqi statusunun qorunması üçün məcburi addımlar atmağa, beynəlxalq müşahidə mexanizmlərini gücləndirməyə və ibadət azadlığını təmin etməyə çağırıb.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp