Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Kanadanın xarici işlər naziri Anita Anand Böyük Britaniyanın xarici işlər naziri Ed Miliband ilə görüşüb.

Görüşdə Ukraynaya dəstək, Qəzzadakı humanitar vəziyyət və Yaxın Şərqdə sabitliyin təmin olunması məsələləri müzakirə edilib.

Anand bildirib ki, Kanada ilə Böyük Britaniya arasındakı münasibətlər ortaq tarix, ortaq dəyərlər və xalqlar arasında güclü əlaqələr üzərində qurulub və bu tərəfdaşlıq qlobal çağırışlar qarşısında inkişaf etməyə davam edir.

O qeyd edib ki, görüş zamanı Ukraynaya güclü dəstək, Qəzzadakı təcili humanitar böhran və Yaxın Şərqdə sabitliyin təmin edilməsinin əhəmiyyəti müzakirə olunub.

Anand vurğulayıb ki, hər iki ölkə dövrümüzün ən mühüm qlobal problemləri ilə mübarizədə sıx koordinasiya şəraitində əməkdaşlığı davam etdirəcək.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp