Bolqarıstanda 2026-cı il sosial sığorta büdcəsi qəbul edilib
Sofiya, 23 iyul (Hibya) - Bolqarıstan Milli Məclisi 2026-cı il Dövlət Sosial Sığorta (DSS) Büdcəsini ikinci oxunuşda qəbul edib. Əmək və Sosial Siyasət naziri Nataliya Efremova bildirib ki, büdcə təqaüdçülər, analar, işsizlər və müvəqqəti əmək qabiliyyətini itirmiş vətəndaşlara ödənişlərin davamlılığını təmin edir.
Parlament müzakirələri zamanı çıxış edən Efremova qeyd edib ki, Bolqarıstanın üzləşdiyi demoqrafik böhran səbəbindən sosial sığorta sisteminin maliyyə dayanıqlığının qorunması böyük əhəmiyyət daşıyır. Nazir əlavə edib ki, hökumətin əsas prioriteti bütün sosial təminat ödənişlərinin vaxtında həyata keçirilməsini təmin etmək və sosial sığorta sisteminin sabitliyini qorumaqdır.
Nazir həmçinin xatırladıb ki, anaların analıq məzuniyyətinin ikinci ili ərzində işə qayıtmaları üçün mövcud olan 50 faizlik təşviq qüvvədə qalır. O bildirib ki, qarşıdakı həftələrdə gələn ilin büdcəsi çərçivəsində balanslaşdırılmış sosial siyasət tədbirləri qiymətləndiriləcək.
Azərbaycan İnformasiya Agentliyi